Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası Mühasib vakansiyası elan edir.
Komandamıza qoşulmaqla uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəksiniz.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə vacancy@kobska.az elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 5 fevral, 2022
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını əks etdirir. Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir.
KOBSKA haqqında ətraflı məlumat üçün www.kobska.az saytına daxil olun.
Əsas vəzifə və öhdəliklər:
QHT-lərə aid mühasibatlıq biliklərinə sahib olmalı;
e-gov .az ,e-taxes.gov.az və digər portallarla işləmə bacarığı;
Uçot əməliyyatları üzrə prosesin vaxtında təşkili və idarə edilməsi;
İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
Vergi orqanları ilə yazışmalar, vergi və mühasibat uçotunun aparılması;
Kassa, bank əməliyyatları, asan imzanın idarə olunması;
Əmək müqavilələrinin hazırlanması və sistemə salınaraq düzgün idarə olunmasına nəzarət etmək;
Müqavilələrin hazırlanması, əməkdaşlıq etdiyimiz şirkətlərlə yüksək mədəni ünsiyyət qurmaq;
Onlayn kargüzarlıq bölməsi ilə əlaqəli işlərin icra edilməsi;
Rəhbərliyə tələb olunan və lazımı məlumatların vaxtında çatdırılması
Tələb olunan bilik və bacarıqlar:
Maliyyə-mühasibatlıq sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
Riyazi hesablama aparma, mal-materialların uçotunun aparılması üzrə biliklər;
MS Office proqramlarında müstəqil şəkildə işləmə bacarığı;
Güclü araşdırma, analitik təhlil;
Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı;
Əmək intizamı,məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq;
Həm müstəqil, həm də bir komanda daxilində işləmək bacarığı;
Punktuallıq və detallara qarşı diqqət;
Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;
İş şərtləri:
AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, Şənbə günləri 10:00- 13:00-dək
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.