Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) pozitiv və öyrənməyə meyilli namizədləri Kopirayter – kontent menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Kopirayter – kontent menecer” qeyd etməklə vacancy@kobska.az elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 5 fevral, 2022
Əsas vəzifə və öhdəliklər:
Veb səhifə üçün kontentin hazırlanması və idarə edilməsi
Mətnlərin redaktəsi, korrektəsi və yenilənməsi
Vebsayta məlumatların yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi;
Unikal konseptlərin hazırlanması;
Mövcud məzmunların monitoriqi və redaktə edilməsi;
Xəbər və press-reliz mətnlərinin hazırlanması;
Vebsayt ilə bağlı yeni funksionallıqla bağlı təkliflər hazırlamaq;
Səhvlər və uyğunsuzluqların araşdırılması və düzəlişlərin edilməsi;
Aylıq kontent planının hazırlanması;
Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində effektiv yazılı ünsiyyət bacarıqları;
Mətn yazma bacarıqları;
Analitik yanaşma və təhlil;
Təşəbbüskarlıq və yaradıcı düşünmə;
Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;
İş şərtləri:
İş qrafiki: frilans (şənbə və bazar qeyri-iş günləridir)
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.