ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI
Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan, karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik gənclər üçün anbar əməliyyatları və satış sahələrində ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Anbar, satış sahələrində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Cari müştərilərə xidmətin göstərilməsi;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• PR və promo aksiyalarda iştirak;
• Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
• Görüş və təqdimatların təşkili;
• Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
• Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 30 sentyabr 2021-ci il tarixinədək cv@absheronport.az ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.