Vəzifə öhdəlikləri:
· İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
· İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
· Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
· E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
· Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
· Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
· Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
· Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
· Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Namizəd üçün tələblər
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Azərbaycan və Rus əla səviyyədə bilməli;
MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi;