Tələblər
- Cinsi: Kişi
- Yaş həddi 20-30 arası
- Ofis proqramlarında orta səviyyədə işləyə bilmə bacarığı(üstünlük)
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət
- Səmimi, aktiv, dinamik, səbrli və gülərüz
- Kollektivlə işləmək bacarığı
- Azərbaycan dili səlis, rus dili orta bilənlərə üstünlük veriləcək
Vəzifələr
- Mağaza menecerinin tapşırıqlarının vaxtında və səlis yerinə yetirilməsi
- Müştəri məmnuniyyətinin təmin olunması
- Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi
- Fiziki iş ağırlıqlı vəzifədir
- Malların qəbulu
- Malın anbarda yerləşdirilməsi
- Anbarın hesabatının aparılması
- Anbardakı malların dövriyyəsinin analizi
- Malların yüklənməsi və boşaldılması
- Düzgün malların seçimi və vaxtında çatdırılma
- Anbarda keçirilən sayımlarda iştirak etmək.
Reviziya (sayım) zamanı əksik malların miqdarı qoyulmuş məbləği aşarsa bu zaman əksik malların dəyərinə bərabər məbləğ bütün heyətin əmək haqqından vəzifəyə uyğun müəyyən nisbətlə tutulacaqdır.
İş şəraiti
İş qrafiki 6 gün, 1 gün istirahət
Növbəli qrafiklə iş: 10:00-19:00 və 12:00-21:00 və ya 10:00-19:00 və 13:00-22:00
Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs hesab olunurlar.
Əmək haqqı 500-600 AZN
Maraqlanan şəxslərdən CV-lərini recruitment@sabah-group.com ünvanına "Adminstrator" başlığı ilə göndərmələri xahiş olunur.