İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin İşə qəbul və seçim şöbəsinə məsləhətçi (baş mütəxəssis səviyyəsində) vakansiyası elan edir.
Biz nə təklif edirik:
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
• Karyera irəliləyişlərində yaradılan şərait;
• Rəqabətədavamlı əmək haqqı.
Əlavə məlumatlar:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 22.03.2022-ci il;
• CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir [1];
• Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
• Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (namizədin ali iqtisadi, idarəçilik və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır);
• İşə qəbul sahəsi üzrə 1 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür);
• İşə qəbul sahəsi üzrə azı 3 ildən artıq iş təcrübəsi;
• İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması;
• Namizədlərin cəlbi və seçimi üzrə texnikalar, davranış və funksional səriştələr barədə ətraflı məlumatlılıq;
• İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
• Ofis proqramları (Excell, Powerpoint, Outlook) üzrə biliklərin yüksək səviyyədə olması;
• Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikat;
• Azərbaycan dili ana dili, ingilis dili yaxşı səviyyədə.
Görəcəyiniz işlər:
• Agentliyin işə qəbul işinin idarə edilməsi;
• İşə qəbul planının hazırlanması üzrə işlərin icrası;
• Struktur bölmə rəhbərləri və digər komanda üzvləri ilə sıx əlaqələrin qurulması;
• Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması;
• Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması;
• Spesifik vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə davamlı nəzarəti;
• Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi;
• Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması;
• Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə.