Bakıda yeni açılan Mebel istehsalı və satışı üzrə beynəlxalq (İsveçrə və Rusiya birgə şirkəti) şirkətdə Korporativ satış üzrə menecer vəzifəsi üzrə vakansiya aktivdir
Vəzifələr:
· Bakıda və Azərbaycanın regionlarında topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
· Matras, çarpayı və yuxu məhsullarının topdan satışı üzrə danışıqların aparılması, müqavilələrin bağlanması;
· Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
· İstehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
· Görülən işlərin qeydinin aparılması
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 800-1500+ faizlər
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini məktubun mövzu hissəsində “Korporativ satış üzrə menecer” adını qeyd etməklə cv@hrcell.az ünvanına göndərə bilər.
Namizəd üçün tələblər:
· Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
· Təcrübə: Eyni vəzifədə ən azı 4 il iş təcrübəsi (mebel sənayesində müvafiq təcrübəyə üstünlük verilir)
· Yaş: 28-45
· Dil bilikləri: Rus dili tələb olunur, ingilis dili arzuolunandır (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
· Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C