“Rahat Telecom” MMC informasiya və kommunikasiya sektorunda fəaliyyət göstərən fiber optik internet,İPTV kabel şəbəkəsi və rəqəmsal televiziya brendi olaraq abunəçilərə böyük imkanlar təqdim edən qabaqcıl şirkətlərdən biridir.
İş barədə məlumat :
· Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, və s.) ünsiyyətin qurulması;
· Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
· Şirkətin kompaniyaları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
· Müştərilərin istəklərini qeydə alınması və texniki şöbəyə yönləndirilməsi
· Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
· Şirkətin xidmət ,qiymətləri barədə müştəriyə düzgün məlumat vermək və sifarişləri qeydiyyata almaq
· Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
İş qrafiki: 6 iş günü
Əmək haqqı: 400 AZN
Vakansiyaya uyğun gələn namizədlərin cv-lərini hr@rahattelecom.az elektron ünvanına göndərməkləri arzu olunur.
- Yaş : 20 – 40
- Cinsi : qadın
- Dil bilikləri: Azərbaycan,Rus dillərini əla səviyyədə bilməli;
- Aydın və səlis nitq bacarığı;Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
- Səbrli və məsuliyyətli;
- Müvafiq sahədə 1 il iş təcrübəsi (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir)
- Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları;
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti;