ABB Məlumat mərkəzi üzrə mütəxəssis vakansiyası elan edir.
Görəcəyiniz işlər:
- Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
- Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumat mərkəzi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli ( 4-cü kurs tələbələri müraciət edə bilər);
- Azərbaycan və rus dillərini mükəmməl bilən;
- MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
- Komandada işləmək bacarığı olan;
- Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası olan;
- Dəyişkən çoxnövbəli qrafiklə ( 7/24 rejimi ilə əlaqədar) çalışa biləcək şəxsdir.