İş barədə məlumat:
• Dövlət orqanları ilə əlaqələr;
• Korporativ idarəetmə ilə bağlı məsələlər;
• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
• Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy vermək, hüquqi sənədləri hazırlamaq;
• Müqavilələr(daxili və xarici satınalma, logistika və s.) hazırlamaq;
• Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
• Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq;
• Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilmək;
• Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarının təklifi;
• Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
• Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırmaq;
• Müqavilə üzrə öhdəlikləri və borcları tələb edilmək (debitor / kreditorlarla işin aparılması);
• Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Hüquqşünas" qeyd edərək CV-lərini cv@166.az elektron ünvanına göndərmələri xahiş olunur.
• Ali hüquqi təhsil;
• Dil bilikləri: İngilis dili (orta) və Rus dili (əla);
• İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Kompüter bilikləri: MS Word (əla), MS Excel (əla), MS Powerpoint (əla);
• Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək;
• Yazılı və şifahi ünsiyyət bacarıqları;
• Komanda ilə işləmək bacarığı;
• Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilmək;
• Punktual, diqqətcil və məsuliyyətli olmaq.