1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Administrator Kassir tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu satışı həyata keçirmək və kassa əməliyyatlarını icra etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:
- İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir və effektiv şəkildə istifadə edir
- Satış zamanı şirkətin müştəri xidmətləri standartlarına uyğun xidmət göstərir
- Kassa əməliyyatlarını icra edir
- Ticarət salonunda müştərilərə standartlara uyğun xidmət göstərir
- Qiymət etiketlərinin uyğunluğuna və mövcudluğuna nəzarət edir
- Günün yekun hesabatını aparır, təhvil veriləcək pulun mühafizəsini təmin edir, pulu və POS-terminal qəbzlərini aidiyyatı üzrə təhvil verir
- Məhsulları mağazaya qəbul edir və təftiş zamanı iştirak edir
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır
- Mağazada və anbarda məhsulların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
- Mağazada təmizliyə və səliqəyə nəzarət edir
- Mağazada inzibati işləri idarə edir
Professional Bacarıqlar
- Kassa aparatı və Pos terminalın istismar qaydaları
- Rus və İngilis dili bilikləri arzuolunandır
- MS Office, 1C və satış Proqramlarını bilmək
Professional Bilik və Kompetensiyalar
- Satış bacarıqları
- Ünsiyyət bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət
- Detallara diqqət
- Nizam-intizam
Təhsil
- Orta texniki təhsil, Ali Təhsil arzuolunandır
İş Təcrübəsi
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi