“PAŞA Bank” ASC olaraq Kreditlərə Nəzarət departamentinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna
İşiniz nədən ibarətdir?
• Monitorinq keyfiyyətinə nail olmaqla müştəri və onun zamininin kredit tarixçəsinin analizi və müqayisəsi;
• Bankın rəhbərliyi və digər şöbələrə çatdırılması üçün maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması;
• “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi;
• Müştəri ilə problem aşkarlanmadan əvvəl təbdirlər planının yerinə yetirilməsinə nəzarət;
• Riskin azaldılması məqsədilə planların hazırlanması.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.11.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Kreditlərə Nəzarət departamentində Mütəxəssis”” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr/Magistr təhsili
• İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il
• Lisenziya / Sertifikat: ACCA Papers F3, F7, Finance Modeling
• Xarici dil: İngilis dili (səlis), Rus dili (arzuolunan)
• Kompüter bacarıqları: Microsoft Office
• Digər: Maliyyə hesabatı anlayışı, güclu ünsiyyət, təqdimat və münaqişəni həlletmə bacarığı