Rol haqqında
Problemli Kreditlər üzrə Yığım işçisi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.
Vəzifə sahibi həmçinin müştərilərə dair qeydiyyata alınmış bütün məlumatları təhlil etmək və portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək üzrə cavabdeh işçidir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
Namizəddən gözləntilərimiz
Təhsil və Təcrübə:
Bacarıqlar:
Digər Bilik və Bacarıqlar:
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
müraciət etmək üçün qeyd olunan linkdən keçid alaraq “Problemli Kreditlər üzrə Yığım işçisi | FINCA Azerbaijan” 31 May, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edə bilərsiniz və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.
0552516901
Bakı şəhəri, Cəfər Cabbarlı küç., 44,, Caspian Plaza