Müraciət tarixi: 26/05/2022 - 28/06/2022
İş yeri: Baş Ofis
Vəzifə: KİÇİK HÜQUQŞÜNAS
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün Kiçik Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində, müxtəlif növ müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və ya nəzərdən keçirilməsində, o cümlədən Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra
Namizəddən gözləntilərimiz
Təhsil, Təcrübə və Nəticələr:
- Hüquqşünaslıq və ya digər analojı ixtisaslar üzrə üzrə bakalavr dərəcəsi;
-Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi bilmək;
- İş təcrübəsi tələb edilmir;
Bacarıqlar:
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri
Digər Bilik və Bacarıqlar:
- Azərbaycan dilində məqbul danışıq və yazı qabiliyyətinə malik olmaq;
- Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
- MS Office proqramlarını yaxşı bilmək;
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq Kiçik hüquqşünas | FINCA Azerbaijan “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 28 İyun, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi “Kiçik Hüquqşünas” qeyd edərək əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.
+994 12 596 33 84
Finca Azərbaycan, Cəfər Cabbarlı küç., 44. Caspian Plaza 3, 8-ci mərtəbə Bakı, AZ 1065