· Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarının yoxlanılıb təsdiq edilməsi;
· Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
· Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək;
· Aparılan inventarlaşdırma zamanı dəstək olmaq;
· Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
· Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
· Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
· Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
· Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
· Müdriyyət tərəfindən gələn təlimatları yerinə yetirmək.
· Ali təhsil;
· Azərbaycan dilində səlis danışıq və yazı;
· MS Office və 1 C proqramları ilə işləmək bacarığı;
· Anbara gələn məhsullarının qəbulu, saxlanması və paylanması qaydalarını, təlimatları və onların istifadə qaydalarını bilməli;
· Çeviklik və uyğunlaşma bacarığı;
· Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.